Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib

13-05-2022, 00:08           
Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib
Rəsmi Moskvanın Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı mövqeyi dəyişib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

"Kiyevin Aİ-yə daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqe ilə oxşardır", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, Ukrayna-Rusiya danışıqları zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Moskvanın Kiyevin Aİ-yə qoşulmasına qarşı olmadığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru