Rusiya nüvə silahından bu halda istifadə edəcək - Polyanski BƏYAN ETDİ

13-05-2022, 11:29           
Rusiya nüvə silahından bu halda istifadə edəcək -
"Rusiyanın nüvə doktrinasında ölkə üçün ekzistensial təhlükə yaranarsa, nüvə silahından istifadə imkanları nəzərdə tutulur".

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski cümə axşamı Britaniyanın "Unherd News" internet nəşrinə müsahibəsində bildirib.

"Mən diplomatam, hərbçi deyiləm, nüvə strategiyasının həyata keçirilməsi ilə bağlı qərarlar verən dairələrdə deyiləm. Amma deyə bilərəm ki, bizim nüvə silahımız var və Rusiya üçün ekzistensial təhlükə yaranarsa, onlardan istifadə edə biləcəyimizə tam əminəm”, - deyə o bildirib.

"Ekzistensial təhlükə" termininin nə demək olduğu barədə aydınlaşdırıcı suala Polyanski cavab verib ki, ekzistensial təhlükəni təyin edən o deyil.

"Mən hərbçi deyiləm, belə nəticə çıxarmaq mənim işim deyil. Ancaq düşünürəm ki, əgər siz nüvə dövlətini təhdid edirsinizsə, o zaman masada olan bütün variantları nəzərdən keçirməlisiniz", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru