Putin şərtini açıqladı

27-05-2022, 08:49           
Putin şərtini açıqladı
"Əgər sanksiyalar qaldırılarsa, ərzaq böhranının həllinə töhfə verə bilərik".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığı zamanı deyib.

Qlobal ərzaq təhlükəsizliyi məsələsinin ətraflı müzakirə olunduğu görüşdə Putin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması problemləri ilə bağlı Rusiyaya qarşı olan ittihamların əsassız olduğuna diqqət çəkib.

Putin görüşdə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qida sahəsindəki problemləri daha da ağırlaşdırdığı vurğulayıb:

"Qərb ölkələrinin siyasi məqsədlər üçün qoyduğu məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Rusiya taxıl və gübrə ixracı vasitəsilə ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verməyə hazırdır".

Görüş zamanı mülki gəmilərin Qara dəniz və Azov dənizindəki limanlardan təhlükəsiz çıxışı üçün hər gün humanitar dəhliz açdıqlarını bildirən Putin Ukraynanın Rusiya ilə danışıqları dayandırmasına da diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru