Nə qədər ki, Putin nəfəs alır... - Ekspert

28-06-2022, 09:27           
Nə qədər ki, Putin nəfəs alır... - Ekspert
Rusiyada regional elita ilə federal mərkəz arasında münaqişə yaranır, sosial-iqtisadi vəziyyət kritikdir. Ukrayna üçün əlverişli şərtlərlə qışa qədər müharibəni bitirmək şansı var.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Strateji Araşdırmalar və Təhlükəsizlik İnstitutunun direktoru, ekspert Pavel Lisyanski çıxış edib.

“Rejimin dəyişəcəyini, Putinin olmayacağını demək mümkün deyil. Xeyr, bu baş verməyəcək. Nə qədər ki, Putin nəfəs alır, o, idarə edəcək”, - Lisyanski bildirib.

Qeyd olunur ki, Rusiyada əsasən maaşların verilməməsi və işsizliklə bağlı etirazlar getdikcə artır. 2022-ci il iyunun əvvəlinə qədər Rusiyanın 80 regionundan 45-də etiraz aksiyaları keçirilib.

Ekspert qeyd edib ki, Rusiyada maliyyə vəziyyəti çox pisdir, baxmayaraq ki, ruslar kifayət qədər pula malik olduqlarını söyləməkdə davam edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.