"Consonun istefası NATO-nun Ukraynaya dəstəyinə təsir etməyəcək" - Ağ ev

8-07-2022, 08:35           
"Consonun istefası NATO-nun Ukraynaya dəstəyinə təsir etməyəcək" - Ağ ev
Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası NATO-nun Ukraynaya dəstək fəaliyyətinin davam etdirilməsinə təsir etməyəcək

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer açıqlayıb.
Ətraflı

“Böyük Britaniya ilə müttəfiqliyimiz möhkəm olaraq qalır. Madriddə keçirilən NATO-nun tarixi sammitində iştirakçılar Ukraynanı dəstəkləməyə davam etmək barədə razılığa gəliblər. Bu, dəyişməyəcək”, - Jan-Pyer bildirib.

Qeyd edək ki, 2019-cu ildə Tereza Meyin yerinə Baş nazir olan B.Conson ötən gün elan edib ki, baş nazir postunu və Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk edir. O, kabinetin yeni rəhbəri təyin olunana qədər vəzifəsini icra edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru