"Taliban": "Qadınlar ölkə həyatının bütün sahələrinə cəlb edilməlidir"

8-07-2022, 09:55           
"Taliban": "Qadınlar ölkə həyatının bütün sahələrinə cəlb edilməlidir"
Əfqanıstanda “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanekzay qadınları “görməzdən gəlməməyə” və onları siyasət və iqtisadiyyata cəlb etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Biz cəmiyyətdə qadınları görməməzlikdən gələ bilmərik. Onlar siyasətdə, iqtisadiyyatda və ölkənin yenidən qurulmasında öz rollarını oynamalıdırlar”, - Stanekzay deyib.

Onun sözlərinə görə, hər iki cinsin nümayəndələri “dövlət quruculuğuna töhfə verməlidirlər”.

“Təkcə kişilər yox, bizim işçi qüvvəmizdə qadınlara da ehtiyacımız var”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru