Bakı İrəvanı sındırıb, torpağını alacaq - Xramçikin

14-05-2016, 10:45           
Bakı İrəvanı sındırıb, torpağını alacaq - Xramçikin
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Siyasi və Hərbi Analitik İnstitutunun direktor köməkçisi Aleksandr Xramçikin çıxış edib. Onun sözlərinə görə, Qərbin münaqişə tərəfləri arasında etimadın bərpa edilməsi ilə bağlı yürütdüyü siyasət o qədər axmaqcasınadır ki, şərh verməyə belə dəyməz.

“Azərbaycanlılar və ermənilər arasında qarşılıqlı nifrət azalmır, əksinə artır. Qarabağa ən yüksək muxtariyyət haqqı belə münaqişənin həllinə töhfə verməyəcək, heç Bakı da buna hazırlaşmır. Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, həmçinin Laçın dəhlizi məsələsinin həllinin qarşılığında İrəvanın "DQR"-in müstəqilliyinin tanınması üçün təkid etməsinin mənası yoxdur, çünki Bakı bu məsələnin müzakirəsini belə etməz. Münaqişənin həllinin bir çıxış yolu var, tərəflərdən biri könüllü qeyd-şərtsiz kompramisə getməlidir. Hazırkı status-kvo hər kəs üçün əlverişli olsa da, Azərbaycana sərf etmir. Buna görə də Bakı külli miqdarda Rusiya, Türkiyə, İsraildən yeni silah texnologiyaları almaqla münaqişəni müharibə yolu ilə həll etmək istəyir", - Xramçikin bildirib.

O, Azərbaycanın torpaqları müharibə yolu ilə qaytaracağını qeyd edib:

“Azərbaycan "DQR" və Ermənistandan hərbi sferada üstünlüyə malikdir. Bakı müharibəyə başlama qərarını verərsə, bu, erməni tərəfinin sındırılması və bütün itirilən torpaqların tam azad edilməsini təmin edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.