"Yeni təklif irəli sürülməzsə, görüşün Azərbaycan üçün müsbət nəticəsi olmayacaq"

14-05-2016, 13:03           
"Yeni təklif irəli sürülməzsə, görüşün Azərbaycan üçün müsbət nəticəsi olmayacaq"
Aparıcı dövlətlərin hazırda əsas məqsədi bölgədə stabilliyin yaranması və sülhün bərqərar olmasıdır. Hesab edirəm ki, bu bizi bir çox hallarda qane etməməlidir. Çünki Azərbaycan Qarabağ prosesində irəliləyişə nail olmaq istəyir.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Ermənistan işğal etdiyi torpaqlarımızı azad etməlidir ki, danışıqlar prosesi də başlasın:

“Bunun üçün həmsədrlər ilk növbədə prosesi ölü nöqtədən çıxartmalıdırlar. Əgər bu dəfə də hansısa bir plan və yeni təklif irəli sürülməzsə, görüşün Azərbaycan üçün müsbət nəticəsi olmayacaq. Artıq Ermənistana təzyiq prosesi işə düşməlidir. Əks halda atəşkəsin pozulması daimi xarakter daşıyacaq. Belə olan halda isə Azərbaycan hansısa bir məqamda öz torpaqlarını azad edəcək. Bunun üçün kifayət qədər hüquqi və siyasi əsaslar var. Rusiya xarici işlər nazirinin son bəyanatlarından belə çıxır ki, onlar tərəflərə hansısa təklifləri təqdim etmək istəyirlər. Hiss olunur ki, pərdəarxasında müəyyən işlər gedir. Yaxın zamanlarda ortaya çıxacaq təkliflər Bakını qane edərsə, danışıqlar müsbət nəticə verə bilər. Bu da baş tutmazsa, Qarabağın azad olunmasında ən mümkün varianta Azərbaycanın həm iradəsi, həm də hərbi potensialı var”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşə biləcəkləri barədə məlumat yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.