Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir.

19-11-2022, 08:06           
Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir.
Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir.
Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir. Vardanyan bununla hiyləgər gediş etmək istəyir.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq deyir:
İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər.
Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq.
Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər. Demək belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru