İranda siyasi,dini, hərbi dairələr başa düşrlər ki, Azərbaycana və azərbaycanlılara qarşı etdiklərinin və edəcəklərinin adekvat cavabını alacaqlar.
26-11-2022, 08:14
Azərbaycan prezidenti İlham Əliyevin İran və güney azərbaycanlar barədə son açıqlamalarına böyük ehtimalla Tehran İran XİN-nin mətbuat katibi, parlamentinin bir neçə deputatı və “Səhər” kanalı vasitəsilə “cavab” verəcək. TEREF.AZ yazır ki, bunu politoloq Elxan Şahinoğlu Prezidentin çıxışını şərh edərkən deyib.Politoloq daha sonra deyir: Ancaq İrandakı siyasi, dini və hərbi dairələr və onların nəzarətindəki media onu da anlayırlar ki, Azərbaycana və azərbaycanlılara qarşı etdiklərinin və edəcəklərinin adekvat cavabını alacaqlar. “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir. Növbəti gərgin mərhələyə qədəm qoyuruq. Teref.az