Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır

27-11-2022, 08:55           
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır: ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir; Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar;
Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma “dqr”-in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.
Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır: Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar; ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı “istinad mənbələrini” zəiflətməyə nail ola, hər dəfə “əlimizdəki xəritə” deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik;
Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru