Tağavardda hər gün muğam səsləndirilir

27-11-2022, 22:07           
Tağavardda hər gün muğam səsləndirilir
Xocavənd rayonunun Tağavard kəndində yaşayan ermənilər iki gündür Azərbaycan muğamının sədları altında yuxudan oyanırlar. JAMAZ.İNFO xəbər verir ki, bunu həmin kənddə yaşaya erməni əsilli sakin Rudik Badasyan deyib.

O bildirib ki, sonuncu dəfə Azərbaycan muğamına 7 ay əvvəl, aprel ayında qulaq asıblar. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan hərbçiləri avtomobildə quraşdırılmış səsgücləndirici vasitəsi ilə müxtəlif musiqilər səsləndirirdilər. “Dünəndən etibarən analoji vəziyyət yaşanır. Azərbaycan hərbçiləri Tağavarddakı köhnə kilsənin yanında bir avtomobildə səsgücləndirici yerləşdiriblər. Səhərdən axşama qədər, muğam səsləndirirlər”.

Badasyan deyib ki, nə edəcəklərini bilmirlər. “Nə edəcəyimizi bilmirik. Hər səhər muğam sədaları altında oyanmaq bizə xoş deyil. Dəfələrlə ruslara müraciət etmişik. Onlar da tədbir görməkdən imtina ediblər. Bununla bizə psixoloji təzyiq etməyə çalışırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru