İran Çinlə Azərbaycan sərvətlərini necə talan edir? - İLGİNC

3-02-2023, 18:31           
İran Çinlə Azərbaycan sərvətlərini necə talan edir? - İLGİNC
İran İslam Respublikası ilə Çin arasında 25 illik müqavilədə Xoy qızıl mədənləri bu ölkəyə verilib.

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bülletenində İran-Çin əlaqələri haqqında maraqlı məlumatlar var. Həmin məqaləyə əsasən, Xoy şəhərinin cənubunda Urmiya gölünə qədər gedib çatan nəhəng litium mədənləri var. Bu gölün özü də son dərəcə bu qiymətli metalların böyük mənbəyidir. Litium hasilatı dünyanın ən bahalı mədən işlərindən biridir. Çünki yumşaq litiuma çatmaq üçün polad keçidlər yaratmaq və onları möhkəmləndirmək lazımdır. Ancaq Çin tərəfi daha ucuz bir üsuldan istifadə edir. Onlar süni zəlzələlər yaratmaq yolu ilə Urmiya gölünün və Xoy mədənlərinin dibindəki litiumları yumşadaraq sonra da çıxarmaq istəyirlər. Bu məqsədlə, ən yaxşı üsul, litiumun yumşalması və çıxarılması üçün alt təbəqələri qızdıran, konveksiya cərəyanlarına və zəlzələlərə səbəb olan Arp (fars dilindəki mətndə Harp kimi yazılıb) şüalanmasıdır.

Urmiya gölünün qəsdən qurudulmasında da məqsəd budur və gölün qurudulması zəlzələlərə və Arp şüalarının işləməsinə müsbət təsir göstərib. Xoydakı təbii fəlakətdən yararlanan Pekin və Tehran Niyə rejim zəlzələdən zərər çəkənlərə kömək etmir, hətta Türkiyənin və xalqın köməyinə mane olur? Rejim əslində bir nökər rolunu oynayır. O, Urmiya gölünün quruması və süni zəlzələlərin təşkili ilə Azərbaycanın qərb bölgəsini əhalidən boşaltmağa və insanları köçə məcbur etməyə çalışır. Həmçinin kürdlərin məqsədyönlü şəkildə Qərbi Azərbaycana köçürülməsi ilə Qərbi Azərbaycanda türk/azərbaycanlı və kürd kimi iki milləti qarşı-qarşıya qoymaq, kürdlərdən Güney Azərbaycan və Türkiyə arasında bufer kimi istifadə etmək istəyir.

Zamanında Sovet İttifaqı da eyni planı həyata keçirərək erməniləri İrəvana məqsədli şəkildə köçürməklə Azərbaycanla Türkiyə arasında sədd çəkdi. İslam Respublikası da hazırda eyni siyasəti yürüdür. İslam Respublikası Qərbi Azərbaycanda türk və kürd xalqları arasında qarşıdurmadan həzz alır. Çünki milli və daxili ixtilaflar İslam rejiminin xeyrinədir. Amma İslam Respublikası bilməlidir ki, biz ötən 100 ildə yaşamırıq və bir-birinin ardınca onun planlarını ifşa edib zərərsizləşdirəcəyik.

Ona görə Xoyda iki həftədə iki yüksək bal gücündə zəlzələnin başvermə səbəbinə aydınlıq gəlir. Başqa bir tərəfdən isə Tehran hakimiyyəti Güney Azərbaycandakı etirazları və cəmiyyətin diqqətini Xoydakı zəlzələyə yönəltməklə sakitlik yaratmağa səy göstərir.

Yeri gəlmişkən, İran-Çin münasibətlərinə gəlincə, qeyd edilməlidir ki, iki ölkə arasında 2021-ci ilin martında imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsi iranlılar arasında Pekinlə əlaqələrin dərinləşməsinin potensial təsirləri ilə bağlı müzakirələrə səbəb olmaq üzrədir. Artıq on ildən çoxdur ki, ucuz Çin malları İranın vitrinlərini dolduraraq yerli istehsalçıları və sənətkarları biznesdən kənarlaşdırır. Bu razılaşma sayəsində Çin indi İranda ən dərin dayağa sahibdir. İranın hakim ruhaniləri iqtisadi, siyasi və texnoloji dəstək axtarmaq üçün gözlərini getdikcə daha çox Çinə çeviriblər. Pekin də öz növbəsində İranın bugünkü iqtisadi durumundan, məhdud sövdələşmə gücündən faydalanmaq istəyir. Belə ki, İran Çin üçün külli miqdarda ciddi endirimli qiymətlə neft təmin edir - təkcə 2021-ci ilin noyabrında İran Çinə 18 milyon barell xam neft satmışdır. Çin nağd pulla deyil, barter yolu ilə İrandan aldığı neftin əvəzində bu ölkəyə ucuz istehlak malları verir. Çin İranda avtomobillərdən tutmuş ev əşyalarına qədər istehlak malları üçün bazar tapıb.

Sanksiyalar, inflyasiya və yanlış iqtisadi idarəçilik, eləcə də Çinlə ticarət müqavilələrinin təsirlərindən əziyyət çəkən iranlılar yerli istehsalçıların rəqabət apara bilmədiyi daha ucuz Çin malları almağa məcbur olur. Nəticədə rəqabətə davam gətirə bilməyən yerli istehsalçılar öz mövqelərini əldən verir və müflis olurlar. İslam Respublikasının rəhbərliyi isə Çin sərmayələrini hər iki xalq üçün əla fürsət kimi dəyərləndirir. Belə ki, Çinlə tərəfdaşlıq İran rəhbərliyi üçün həyat xətti olmaqla ona hakimiyyətdə qalması üçün lazım olan köməyi edir.

Əslində isə bu münasibətlərdə İran deyil, Çin qazanır. Belə ki, milyonlarla müsəlman uyğurların repressiyaları ilə əlaqəsi olan Çin texnoloji şirkəti “Tiandy” indi öz mallarını İran hökumətinə, ordusuna və kəşfiyyat orqanlarına satır və beləliklə də İranın təhlükəsizliyini təhlükə altına qoyur. Bu gün İranda geniş yayılmış fikir ondan ibarətdir ki, Çinlə 25 illik strateji razılaşma İran rejimi üçün öz müxaliflərinə qarşı yeni təzyiq tədbirləri tətbiq etmək, məlumatlara nəzarət etmək, təbliğat aparmaq işində kömək etməklə yalnız onu gücləndirəcək. Üstəlik, bunun müqabilində Pekin ucuz mallar seli ilə İran sənətkarlığını öldürməyə və İrandan çox Çinə fayda verən infrastruktur layihələri ilə ətraf mühitin məhvinə davam edəcək.
Sədrəddin Soltan,
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.