Gizli kanallarla ABŞ-Rusiya danışıqları: Yeni müqavilə imzalana bilər

2-03-2023, 12:26           
Gizli kanallarla ABŞ-Rusiya danışıqları:
Gizli kanallar vasitəsilə ABŞ-la qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) müzakirə edirik.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ-la müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını bildirən Ryabkov İsveçrənin Cenevrə şəhərində tərksilah konfransı çərçivəsində ABŞ nümayəndələri ilə görüşmək imkanının olduğunu bildirib.

Ryabkov deyib: “Təsdiq edə bilərəm ki, son günlər bağlı kanallar vasitəsilə biz Yeni START Müqaviləsini müzakirə edirik. Bu, danılmaz faktdır. Bu, danışıqların davamı ola bilər”.

Digər tərəfdən, Ryabkov Rusiyanın ABŞ-la START müqaviləsində iştirakını dayandırdığını xatırladıb və bu qərara yenidən baxmağın mümkün olmadığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru