Rusiya vətəndaşları müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar

3-03-2023, 00:02           
Rusiya vətəndaşları müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar
Kreml bir il əvvəl ordusuna Ukraynaya hücum əmri verəndə təxmin edə bilməzdi ki, savaşın qəlpələri tədricən Rusiya ərazisinə də çatacaq. Yayılan xəbərlərə görə, Rusiyanın Bryansk viliayətində toqquşmalar olub. Rusiya agentlikləri “ukraynalı diversantlar Rusiya sərhədini keçiblər, atəş nəticəsində ölənlər arasında Rusiya vətəndaşları da var”.
Bu cümlədə “diversantlar Rusiya sərhədini keçiblər” ifadəsi ikrah doğurur. Bəs Rusiya ordusu bir ildir Ukraynanın sərhədini pozmayıbmı? Rusiya prezidenti Vladimir Putin Kremldə təcili Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Kreml baş verənlərin “intimaqını” Ukraynanın şəhərlərini bombalamaqla, mülki insanları öldürməklə alacaq.
Ancaq Rusiya vətəndaşları işğala səssiz qalmaqla yanaşı müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru