Orban ABŞ-siz Avropa NATO-su yaratmağı təklif etdi

3-03-2023, 10:34           
Orban ABŞ-siz Avropa NATO-su yaratmağı təklif etdi
Aİ ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa NATO-su qitənin təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-nin köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb.
Ətraflı

Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da bu şəraitdə öz simasını itirir.

“Bu gün Qərbdə ən azı iradə çatışmazlığı var. Qərb dünyanı bir məqsəd naminə birləşdirmək imkanını itirib”, - deyə o, bəyan edib.

Orban vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin problemi ABŞ silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. O əlavə edib ki, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru