ABŞ İrana qarşı “qara siyahı”nı genişləndirir

3-03-2023, 11:54           
ABŞ İrana qarşı “qara siyahı”nı genişləndirir
ABŞ Maliyyə Nazirliyi cümə axşamı sanksiya siyahısına İranın bir sıra neft-kimya şirkətlərini, eləcə də 20 gəmisini əlavə edib.

Bu barədə maliyyə departamentinin məlumatında deyilir.

Məlumata görə, “Bushehr Petrochemical Company”, “Shiraz Petrochemical” neft-kimya şirkəti ilə yanaşı Çin gəmiçilik şirkətləri “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited”, Vyetnam neft və qaz şirkəti “Golden Lotus Oil Gas and Real Estate” və BƏƏ-dən olan “Swedish Management”ə də məhdudiyyətlər qoyulub.

Həmçinin, Vyetnam, Çin, Panama, San-Tome və Prinsipi, Toqo və Tuvalunun bayraqları altında neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulmuş 20 tanker və quru yük gəmiləri də “qara siyahı”ya düşüb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru