Qadın ölmüş övladlarına gülən Baydeni biabır etdi - FOTO
3-03-2023, 11:47

Fentanil zəhərlənməsindən ölən iki oğlu haqqında ifadə verən Rebekka Kiesslinq, prezident Baydenin çıxışı zamanı onun adını çəkməsindən sonra ona cavab verdi. O, Baydeni biabır etdi.
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Fentanil qəbulu nəticəsində ölən iki amerikalı uşağın anası Rebekka Kisslinq ABŞ prezidenti Co Baydeni bu hadisəyə reaksiyasına görə üzr istəməyə çağırıb.
“Bayden iki oğlunu itirmiş anadan danışanda gülümsədi... Oğullarımın ölümündən bu cür danışırsınız? Mənim itkimə istehza edirsən?”, - deyə qadın qəzəbini bildirib.
Xatırladaq ki, Kisslinq daha əvvəl Konqresə 2020-ci ildə fentanil də daxil olmaqla ağrıkəsici qəbul etdikdən sonra ölən iki oğlunun ölümü ilə bağlı ifadə vermişdi. Bundan sonra konqresmen Marjori Teyler Qrin Baydeni uşaqların ölümündə ittiham edib. Bayden isə Teylerə gülümsəyərək cavab vermiş və bu dərmanın sələfinin dövründə ortaya çıxdığını bildirmişdi.
Qeyd edək ki, fentanil ağrıkəsici dərmanıdır. Heroinin bu süni əvəzedicisi 60-cı illərdə tibbi məqsədlər üçün hazırlanıb.




