"Türkiyə ilə sərhədlərin açılmasına hazırıq" - Paşinyan

3-03-2023, 11:28           
"Türkiyə ilə sərhədlərin açılmasına hazırıq" - Paşinyan
"Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır".
TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda aparılan müzakirələr zamanı deyib.

Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının əsas aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir.

“Biz ümid edirik ki, Türkiyə 90-cı illərin əvvəllərində birtərəfli qaydada bağladığı sərhədi tam açacaq”, - Paşinyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru