Putinin milyarder "desant"ı Xankəndində qaldı və gələcək planlarını açıqladı... - İLGİNC GƏLİŞMƏ

3-03-2023, 13:22           
Putinin milyarder "desant"ı Xankəndində qaldı və gələcək planlarını açıqladı... - İLGİNC GƏLİŞMƏ
"İctimai siyasətçi", keçmiş "dövlət naziri" kimi təqdim edilən Ruben Vardanyan, Qarabağda erməənilərin gələcəyi üçün vacib olan istiqamətləri, bu istiqamətlərdə fəaliyyətini davam etdirəcəyi və özünün və rəhbəri olduğu "regional agentliyin" proqramlarını təqdim edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Tert.am nəşri məlumat yayıb.

Vardanyanın qərargahının sözlərinə görə, görüşdə o, məqsədinin dəyişməz qaldığını vurğulayıb: "Artsaxın təhlükəsiz, azad, layiqli Artsax olması üçün hər şeyi etmək"...

O qeyd edib ki, bu il "Qarabağ hərəkatının 35 ili tamam olur, lakin mübarizə davam edir. “Çoxları üçün mübarizə müharibədir, mübarizə - qurbandır"-deyə separatçı, işğalçı xislətli milyarder bildirib.

Ruben Vardanyan qeyd edib ki, 8 mübarizə istiqaməti müəyyən edilib, onun ətrafında proqramlar həyata keçiriləcək. O qeyd edib ki, ötən ilin noyabrında təsis edilmiş “Biz və bizim dağlarımız” ərazi inkişaf agentliyi əsasən iki sahədə: strateji təşəbbüslər və ictimai layihələr üzrə Artsaxın dəstəklənməsinə yönəlmiş 4 milyon dollardan çox dəyərində layihələr həyata keçirib. O, vurğulayıb ki, agentlik Qarabağda fəal işini davam etdirəcək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.