ABŞ bu ölkələrdən şübhələnir - Türkiyə, Ermənistan...

3-03-2023, 12:15           
ABŞ bu ölkələrdən şübhələnir - Türkiyə, Ermənistan...
ABŞ hakimiyyəti anti-Rusiya sanksiyalarını pozanlara qarşı mübarizəyə başlayıb.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ agentlikləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəzarətsizlik səbəbindən öz effektivliyini itirməkdədir. Buna qarşı mübarizə aparmaq üçün Ticarət Departamenti, Ədliyyə Departamenti və Xəzinədarlıq Departamenti tərəfindən tövsiyələr hazırlanaraq, Xəzinədarlıq Departamentinin saytında dərc edilib.

Belə ki, hökumət rəsmiləri maliyyə institutlarını və şirkətləri daha çox ayıq-sayıq olmağa çağırır. Əgər sanksiyaların mümkün pozulması əlamətləri varsa, onlara əlavə yoxlamalar aparmalı olduqları bildirilir.

Müştərinin İP ünvanı və elan edilmiş yeri fərqlidirsə, əməliyyatı həyata keçirən təşkilat internetdə zəif təmsil olunursa və ya bu barədə ümumiyyətlə məlumat yoxdursa, ödəniş hansısa ölkədən və ya şirkətdən gəlirsə, əlavə yoxlama tələb olunmalıdır.

Ayrı-ayrılıqda qeyd olunur ki, Çin, o cümlədən Honkonq və Makao, eləcə də Rusiyaya yaxın Ermənistan, Türkiyə və Özbəkistan kimi ölkələr vasitəsilə malların tədarükü şübhə altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru