“Rusiya rəhbərliyi ölkə daxilində nəzarəti itirir” – Ukrayna Prezident Ofisi

4-03-2023, 08:14           
“Rusiya rəhbərliyi ölkə daxilində nəzarəti itirir” –
“Kritik obyektlərdəki partlayışlar, Rusiya bölgələrinə hücum edən naməlum dronlar, qruplaşmalararası toqquşma, partizanların əhalinin məskunlaşdığı ərazilərə hücumu Rusiya daxilində nəzarətin itirilməsinin birbaşa göstəricisidir”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, bütün bunlar isə müharibənin nəticəsidir: “Ukraynanın Rusiya daxilindəki münaqişələrlə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, martın 2-də Rusiyanın Bryansk şəhərində hərbi toqquşma olub. Rusiya tərəfi buna görə Ukraynanı ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru