İran MAQATE-yə müraciət edib: Əməkdaşlıq etməyə hazırıq

5-03-2023, 10:18           
İran MAQATE-yə müraciət edib: Əməkdaşlıq etməyə hazırıq
İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət edərək həllini gözləyən problemlərlə bağlı agentliklə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Bu barədə MAQATE-nin yaydığı hesabatda qeyd olunub.

Rəsmi Tehran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki müzakirələri davam etməyə hazır olduğunu da açıqlayıb.

Öz növbəsində MAQATE-nin baş direktoru Rafael Qrossi Tehran tərəfinin son açıqlamasını alqışladıqlarını bildirib.

Qeyd olunur ki, artıq yaxın vaxtlarda MAQATE ilə İran rəsmiləri arasında Tehranda iclas keçiriləcək.

Mənbə: Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru