"Aİ-nin Rusiya qazından asılılığı keçmişdə qalıb" - Avropa Komissiyasının rəhbəri

6-03-2023, 10:54           
"Aİ-nin Rusiya qazından asılılığı keçmişdə qalıb" -
Avropa İttifaqı Rusiyadan qaz və neft tədarükündən asılılıqdan qurtulub.

APA-nın məlumatına görə, bunu bazar günü Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

"Avropanın Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb", - AK rəhbəri hesab edir.

Leyen bildirib ki, Rusiya səkkiz ay ərzində Avropaya qaz ixracını 80% azaldıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.