Serb millətçilər sülh sazişinə etiraz edir

6-03-2023, 11:14           
Serb millətçilər sülh sazişinə etiraz edir
Belqradda Avropa İttifaqının (Aİ) Serbiya və Kosovo arasında əlaqələri bərpa etmək planına etiraz məqsədilə yürüş keçirilib.

Cebhe.info "Reuters"ə istinadən xəbər verir ki, aksiyada yüzlərlə serb millətçi və pravoslav xristianlar iştirak ediblər.

Serb millətçilər prezident Aleksandar Vuçiçi Kosovo ilə Qərb tərəfindən dəstəklənən danışıqlardakı roluna görə tənqid ediblər.

Fevralın 27-də Vuçiç və Kosovonun baş naziri Albin Kurti münasibətlərin normallaşmasına dair sazişi şərti olaraq razılaşdırsalar da, imzalamayıblar.

Serbiya və Kosovo liderləri martın 18-də Aİ-nin himayəsi altında Şimali Makedoniyanın Ohrid şəhərində sülh sazişi üçün yenidən görüşəcəklər.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru