Erməni və rus pilotlar birgə hərbi təlimlər keçiriblər - Kremldən İrəvana AÇIQ DƏSTƏK

6-03-2023, 12:42           
Erməni və rus pilotlar birgə hərbi təlimlər keçiriblər -
Erməni və rus pilotlar birgə hərbi təlimlər keçiriblər
Rusiyanın Ermənistandakı aviabazasının pilotları, Cənub Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə (HHM) zenit bölmələrinin ekipajları və Ermənistan Müdafiə Nazirliyinin hərbi heyəti birgə təlim keçirib.
TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, rus və erməni hərbçilər hava məkanının mühafizəsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

"Təlim məşğələləri zamanı hava məkanına müdaxiləni imitasiya edən şərti hava hədəflərinin aşkar edilməsi və ələ keçirilməsi üzrə tədbirlər hazırlanıb. Hava hücumundan müdafiə bölmələrinin hərbi qulluqçuları hava məkanının mühafizəsi üzrə döyüş növbətçiliyini yerinə yetirərkən müvafiq tədbirlər həyata keçiriblər", - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru