NATO-nun Gürcüstandakı əlaqələndiriciləri məlum oldu

18-03-2023, 12:13           
NATO-nun Gürcüstandakı əlaqələndiriciləri məlum oldu
2023-cü ildə Böyük Britaniya səfirliyi Rumıniya səfirliyi ilə birlikdə Gürcüstanda NATO-nun əlaqələndiriciləri kimi fəaliyyət göstərəcək.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra Tbilisidə keçirdiyi brifinqdə bildirib.

O vurğulayıb ki, NATO Gürcüstan üçün xüsusi paket hazırlayıb.

Kleverli əlavə edib ki, tərəflər arasındakı əməkdaşlıq sırf hərbi sahədən kənara çıxaraq kibertəhlükəsizlik və “dezinformasiya ilə mübarizə” sahəsini də əhatə edəcək.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Gürcüstanda demokratiya möhkəmlənir, lakin ölkə hakimiyyətinin media azadlığını, vətəndaş cəmiyyəti ilə əlaqələrini artırması və məhkəmə sisteminin müstəqilliyinə nail olması zəruridir.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru