İran ordusu savaşa hazırdır - Səyari

13-04-2023, 10:48           
İran ordusu savaşa hazırdır - Səyari
İran silahlı qüvvələri konstitusiyaya uyğun olaraq, üç mühüm vəzifə daşıyır: ərazi bütövlüyünü qorumaq, müstəqilliyi qorumaq və müqəddəs islam quruluşunu qorumaq...

Axar.az xəbər verir ki, bu barədə İran ordusunun koordinatorunun müavini Həbibullah Səyari deyib.

O bildirib ki, İran ordusu il ərzində xeyli hərbi təlimlər keçirib, onlardan ən genişmiqyaslısı “Zol-Fakir” təlimidir:

“Bu gün biz bəyan edirik ki, İran ordusu ölkə sərhədlərinə qarşı istənilən təhlükəni zərərsizləşdirməyə və İranın varlığına hər kəsin müdaxiləsinin qarşısını almağa hazırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru