"Bu ölkə ukraynalıların öldürülməsinə sponsorluq edir" - Zelenskinin müşaviri

13-04-2023, 10:15           
"Bu ölkə ukraynalıların öldürülməsinə sponsorluq edir" -
Macarıstan Rusiya ilə enerji əməkdaşlığını dərinləşdirməklə ukraynalıların öldürülməsinə maliyyə dəstəyi verir.

"Unikal" xəbər verir ki, bunu "Politico” nəşrinə açıqlamasında Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

"Rusların ukraynalı əsgərin başını kəsdiyi videoya baxmısınız? Macarlar bıçağın pulunu ödəyirlər. Sponsor olduğunuz cinayətləri görməmək üçün tamamilə kor olmalısınız (Macarıstan - red.)”, - Ustenko bildirib.

Onun sözlərinə görə, bu həftə Moskvada bağlanan və Macarıstanla Rusiya arasında enerji əməkdaşlığını gücləndirən yeni sazişlər yalnız müharibəni uzadacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru