Özünü buraxan partiyaların sayı 12-yə çatdı

13-04-2023, 11:49           
Özünü buraxan partiyaların sayı 12-yə çatdı
Azərbaycanda daha bir partiya fəaliyyətinə son verib.

Qaynarinfo xəbər verir ki, aprelin 12-də Yeni Yol Partiyası fəaliyyətini dayandırıb.

Qeyd edək ki, sözügedən partiyanın sədri Ramil Hüseynov idi. Yeni Yol Partiyası 2002-ci ildə qeydiyyata alınmışdı.

Beləliklə, Azərbaycanda fəaliyyətini dayandıran partiyaların sayı 12 oldu. Bundan əvvəl Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası və Azərbaycan Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Bahar Rüstəmli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru