Norveç Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib

14-04-2023, 00:10           
Norveç Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib
Norveç hakimiyyəti Rusiya səfirliyinin 15 əməkdaşını persona non qrata elan edib.

Bu barədə bu gün Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Xarici işlər naziri Anniken Huitfelt, "Onlar diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları üçün persona non-qrata elan ediliblər" - deyə qeyd edib.

Norveç Xarici İşlər Nazirliyinin dəqiqləşdirdiyi kimi, Rusiya səfirliyinin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveçi mümkün qədər tez tərk etmələri tələb olunacaq, bəyanatda deyilir. Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Norveç hakimiyyəti Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək. Eyni zamanda o qeyd edib ki, ölkə “həmişə rus diplomatlarını alqışlayır” və Norveç “Rusiya ilə normal diplomatik münasibətlər saxlamaq istəyir”.
lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru