Qərb bu barədə Paşinyana ciddi xəbərdarlıq edib

14-04-2023, 12:49           
Qərb bu barədə Paşinyana ciddi xəbərdarlıq edib
Martın əvvəlində Almaniyaya səfər edən Nikol Paşinyana qərbli tərəfdaşları tərəfindən ciddi xəbərdarlıq edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat dərc edib.

Məlumata görə, xəbərdarlıq Rusiyaya "paralel ixrac" və bank köçürmələri yollarını bağlamaq, həmçinin Rusiyaya Qərbin iqtisadi sanksiyalarının ağır yükünü dəf etməkdə kömək etməmək yönündə olub.

Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrini, hökumət üzvlərini və SRC rəhbərini yanına dəvət edib və sözügedən yolların ciddi şəkildə bağlanmasını tapşırıb. Həmin andan etibarən son bir ildə kifayət qədər canlı dövriyyəsi və gəlirləri olan bütün erməni şirkətləri bəzi Rusiya məhsullarına tələbatı ödədiklərinə görə birdən-birə hər şeydən məhrum olub.

Hətta hava limanında belə ciddi nəzarət qurublar ki, sərnişinlər baqajlarında çipləri, İT texnologiyaları üçün lazım olan aksesuarları çantalarında Rusiyaya aparmasınlar. Bir çox şirkət malların alınması üçün ABŞ və Avropaya bank köçürmələri edə bilmir və hər şey dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru