Bayraq yandırmağı hələ də “qəhrəmanlıq” sayırıq… - Davoyan

15-04-2023, 17:00           
Bayraq yandırmağı hələ də “qəhrəmanlıq” sayırıq… - Davoyan
Bayraq yandıranlar və bayraq yandıranlarla fəxr edənlər var. Deməli, biz çox geridəyik.

TEREF.AZ axar.az-a istinadla xəbər verir, bunu Ermənistanın hakim partiyasının deputatı Arpi Davoyan deyib.

“Əgər bayrağı yandırmaq “qəhrəmanlıq” addımıdırsa, bir daha əsl qəhrəmanlar haqqında danışma”, - o bildirib.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib.

Azərbaycan milli komandası isə çempionatdan imtina edib və ölkəmizə qayıtmağa qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru