"Şoyqu Priqojinin "çörəyini əlindən alıb": Rusiyada məhbuslar səfərbər edilir..."

16-04-2023, 00:11           
"Şoyqu Priqojinin "çörəyini əlindən alıb":
"Şoyqu Priqojinin "çörəyini əlindən alıb": Rusiyada məhbuslar səfərbər edilir..."

"Səfərbər edilən məhbuslardan ibarət olan və nizami orduda xidmət keçən üzdəniraq "Z bölmələri" diqqətimizi çəkib..."

"Məhbusların səfərbər edilməsi "Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi ilə Rusiya müdafiə naziri arasında münaqişə ilə izah edilə bilər...

Rusiya Federasiyasında məhbuslar nizami orduya səfərbər edilərək Ukraynaya qarşı döyüşməyə göndərilməyə başlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Tavriya dairəsinin birləşmiş mətbuat mərkəzinin rəisi Aleksey Dmitraşkovski məlumat verib. Məlumatı "rbc.ua" nəşri yayıb.

"Bizim diqqətimizi səfərbər edilən cinayətkarlardan, yəni məhbuslardan ibarət olan və nizami orduda xidmət keçən üzdəniraq "Z bölmələri" çəkib", - o, deyib.

Dmitraşkovski qeyd edib ki, 15 belə işğalçı artıq Donetsk istiqamətində Müdafiə Qüvvələrinə əsir düşüb.

Spiker əlavə edib ki, məhbusların səfərbər edilməsi "Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında münaqişə ilə bağlı ola bilər.

"Aydındır ki, Şoyqu Silahlı Qüvvələrin komplektləşdirilməsi üzrə Priqojinin "çörəyini əlindən alıb", - Dmitraşkovski deyib.

Xəbər verildiyi kimi, bu günlər Priqojin Rusiyanın rəsmi dairələrini Ukraynaya qarşı müharibəni sona çatdırmağa çağırış edib.

"Bu gün ideal variant xüsusi hərbi əməliyyatın başa çatdığını elan etmək, Rusiyanın planlaşdırdığı nəticələrə nail olduğu barədə məlumat verməkdir", - o, bəyan edib.

Priqojin həmçinin informasiya bəhanələrindən istifadə edərək, muzdluların Baxmut şəhərini mühasirəyə almağı başa çatdırmaq qabiliyyətinin olmamasını izah etməyə çalışır. Bu barədə Amerikanın müharibənin öyrəniıməsi İnstitutu (ISW) müfəssəl məlumat verib.

Özünün bu yaxınlardakı müsahibəsində Priqojin iddia edib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut da daxil olmaqla beş istiqamətdə əkshücuma hazırlaşır və onlar öz əməliyyatını aprelin ortalarında başlayacaq.

ISW analitikləri qeyd edir ki, belə bəyanat Priqojinin "vaqnerçilər"in Baxmutun mühasirəyə almağı başa çatdırmaq qabiliyyətinin olmamasına haqq qazandırmağa cəhd ola bilər, bununla da Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə böyunca güclü əks hücuma hazırlıq gördüyünü anlada bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.