Çin hava şarı ilə bağlı narahatlığa görə Blinkenin səfərinə razı olmayıb

16-04-2023, 10:23           
Çin hava şarı ilə bağlı narahatlığa görə Blinkenin səfərinə razı olmayıb
Çin ABŞ Federal Təhqiqat Bürosunun (FTB) rəsmi Pekinə məxsus hava şarının (aerostat – red.) vurulması ilə bağlı insidentin nəticələrini dərc edəcəyindən ehtiyatlandığından Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkenin ölkəyə səfərinə icazə verməyib.

Pressklub.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Pekin Vaşinqtona ABŞ diplomatiyasının rəhbərinin fevral ayında Amerika administrasiyasının təhqiqatın nəticəsi ilə bağlı planları aydın olana qədər ləğv etdiyi səfər üçün yeni tarix seçməyə hazır olmadığını bildirib.

Qəzet yazır ki, Çin rəsmiləri Ağ Evin dövlət katibinin Çinə səfəri zamanı FTB hesabatını dəlillərlə, sübutlarla birlikdə açıqlayacağından qorxur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru