Zelenski İtaliyadan bu ölkəyə getdi: "Silah, güclü paket..."

14-05-2023, 10:24           
Zelenski İtaliyadan bu ölkəyə getdi:
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlinə səfər edib.

Publika.az xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində məlumat verib.

"Artıq Berlində... Silah. Güclü paket. Hava hücumundan müdafiə. Yenidənqurma. Avropa Birliyi. NATO. Təhlükəsizlik", – o yazıb.

Bundan əvvəl Zelenski bildirib ki, mayın 13-də Romada İtaliya prezidenti Sercio Mattarella və baş nazir Corc Meloni ilə görüşlər keçirib.

Bundan əlavə, Papa Fransisk ilə görüşüb. O, Roma Papası ilə söhbətin Ukrayna üçün tarixi əhəmiyyət kəsb edəcəyinə ümid etdiyini bildirib.


Onun sözlərinə görə, bu gün Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olması ilə bağlı İtaliya ilə də birgə bəyannamə var.

"İtaliya Ukraynanın sülh düsturunun bütün bəndlərini açıq şəkildə dəstəkləyib", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru