Rusiya bu ölkənin vassalına çevrilir – Makron

15-05-2023, 09:38           
Rusiya bu ölkənin vassalına çevrilir – Makron
Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzdu və indi Çinin vassal dövlətinə çevrilir.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Rusiya faktiki olaraq Çinə tabe olub. Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur etdiyinə görə Baltik dənizində onun üçün kritik əhəmiyyətli imkanlarını itirib”, - Makron bildirib.

O vurğulayıb ki, Rusiya bu müharibədə hərbi müstəvidə qalib gəlməməlidir:

"Avropa həm əks-hücumda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda ukraynalılara kömək etməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.