Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti...

29-06-2023, 11:34           
Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti...
Pilotsuz uçuş aparatlarımız yenə iş başındadır. Dronlarımız vasitəsilə bu dəfə separatçılara zərbələrinin çətinliyi ondadır ki, düşmənin yeri dəqiq müəyyənləşməlidir, çünki bölgədə Rusiya hərbi kontingentinin postları da var.
Ancaq bugünkü zərbələrimiz və separatçıların itkiləri göstərir ki, biz bu çətinliyi adlamışıq. Erməni separatçıları anlayırlar ki, artıq onların bölgədə gizlənəcək yerləri azdır, istənilən məntəqələri hədəf götürülə bilər.
Əli silahlı separatçı Qarabağın istənilən nöqtəsində hədəfimizdir və Rusiya hərbi kontingenti bunun qarşısını ala bilməyəcək.
Bu gedişat separatçıların tərksilah olunmasını aktuallaşdırır, əksi dron zərbələrinin sayını və ünvanlı anti-terror əməliyyatların sayının artmasına gətirib çıxaracaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru