Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var

29-06-2023, 12:04           
Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var
Separatçılar ordumuzun “Qəzəb” əməliyyatına görə Vaşinqton danışıqlarının dayandırılması üçün İrəvana müraciət edib. Hərbçimizin yaralanması ilə nəticələnən təxribatın məqsədi bu müraciətlə daha da aydın olur. Xankəndində qorxurlar ki, Vaşinqtonda Bakı və İrəvan irəliləyiş əldə edə bilər, təxribat hücumu ilə prosesi pozmağa çalışırlar.
Və sirr deyil ki, təxribatların idarəedicisi Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyadır.
Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışacaq. Paşinyanın Bakının “Qəzəb” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu ehtimalı artırır.
Lakin İrəvanın danışıqlardan yayınması ümidlərin azaldığı sülh prosesinə zərbə olsa da, Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım kimi qəbul olunacaq və bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da zəif görünür.
Separatçıların yeni təxribata hazırlaşdığına dair məlumatlar var. Bu, “Qəzəb” əməliyyatının davamlı ola biləcəyini deməkdir.
Asif Nərimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru