Gürcüstan Prezidenti rusiyalı investorlar üzərində nəzarəti gücləndirməyə çağırıb

2-07-2023, 10:54           
Gürcüstan Prezidenti rusiyalı investorlar üzərində nəzarəti gücləndirməyə çağırıb
Gürcüstan hakimiyyəti rusiyalı investorlara nəzarəti gücləndirməlidir.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Salome Zurabişvili deyib.

O qeyd edib ki, rusiyalı investorlara Gürcüstan vətəndaşlığının verilməsinin əleyhinədir.

"Rus biznes investorları üzərində nəzarət olmalıdır, Rusiyadan olan ruslar, kiprli ruslar, İsraildən olan ruslar. Mən Rusiyadan olan investorlara vətəndaşlıq verilməsini qəti şəkildə əngəlləyirəm. Gürcüstan hakimiyyəti Rusiya investorlarına nəzarəti gücləndirməlidir”, - S.Zurabişvili qeyd edib.

Prezident həmçinin qeyd edib ki, belə investorların ölkədə işləməsi üçün yaşayış icazəsi lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru