Siyasətdə bəzən sözlər yox, rəqəmlər bir çox mətləblərdən xəbər verir...

3-07-2023, 14:52           
Siyasətdə bəzən sözlər yox, rəqəmlər bir çox mətləblərdən xəbər verir...
Ölkələr arasında sözdə gərginlik olur, amma ticarət əlaqələri əsl məzərəni üzə çıxarır. Son 1 ildə Azərbaycanla İran arasında gərginlik artıb, notalar, qarşılıqlı ritorik sərtləşmələr çoxalıb, məntiqlə bu ölkələrarası ticarətə də təsir etməli idi – amma etməyib: Bu ilin yanvar-may aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət dövriyyəsi 212 milyon 612 min ABŞ dolları olub.
Beş ayda Azərbaycandan İrana 7 milyon 558 min, İrandan Azərbaycana isə 205 milyon 53 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bizim İrana ixracımız 2022-ci ilin eyni dövrü ilə müqaisədə 2,1 dəfə (!!!) azalıb, İranın Azərbaycana ixracı isə 13% artıb. Bizim ixrac ona görə azalıb ki, satmağa neft-qazdan başqa heç nəyimiz yoxdur – yeri gəlmişkən yanvar-may aylarında ixracımızın 91%-i yenə də neft-qaz olub, amma İran ixracını 13% artırıb.
Sözüm odur ki, siyasətdə bəzən sözlər yox, rəqəmlər bir çox mətləblərdən xəbər verir...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru