ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb

4-07-2023, 09:54           
ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb
ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət, “Vaqner” Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb.

Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bununla bağlı ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən sessiyasında yekun bəyannamə qəbul edilib:

“Sənəddə Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. ATƏT PA üzv dövlətləri aşağıdakıları aydın şəkildə tanıyan beynəlxalq normaları gücləndirməyə çağırır: “Vaqner” Xüsusi Hərbi Şirkətinin terror xarakteri və onun hərəkətləri, habelə Rusiyanın bu terror təşkilatının dövlət himayədarı kimi məsuliyyəti. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”.

Bundan əvvəl ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında Rusiya Federasiyasının Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunalın yaradılması haqqında qətnamə qəbul edilib.
RBC Ukraina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru