Ermənilərin Laçın postuna növbəti hücumu da baş tutmadı - FOTO

24-07-2023, 11:37           
Ermənilərin Laçın postuna növbəti hücumu da baş tutmadı - FOTO
Ötən həftə Ermənistandan bir qrupu şəxs Laçın postunu keçərək, qanunsuz şəkildə Qarabağa daxil olmağa cəhd göstərib.

Publika.az xəbər verir ki, ermənilər “ictimai fəal” adı altında İrəvandan Azərbaycan sərhədinə - Laçın postuna doğru hərəkət edib.

İddia olunurdu ki, bu addıma yolboyu ermənilər qoşulacaq və qartopu effekti yaradacaq. Nəticədə Laçın postunu keçərək, yolu açacaqlar.

Lakin bu addım heç bir effekt verməyib. Aksiyaya qoşulanların sayı çox az olub, eləcə də onların Rusiya sülhməramlılarına “yolu keçməyə şərait yaradın” müraciəti cavabsız qalıb. Məqsəd “mülki şəxs” adı altında Laçın postuna hücum etmək və qarşıdurma yaradaraq, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Eyni məqsədlə Ermənistan iyunun 15-də Laçın postuna təxribat hücumu edib, nəticədə bir hərbçimiz yaralanıb. İstisna deyil ki, bu addım hərbi hücum təxribatından sonra “mülki şəxs” adı altında növbəti hücum planı olub.

Ermənistanda və Xankədidə Azərbaycanın suverenliyinə qarşı belə cəhdlər intensivləşib. Lakin heç bir nəticə əldə edə bilmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.