Qarşıdurma: London Aİ-nin bu təklifini rədd etdi

15-08-2023, 12:18           
Qarşıdurma:
Aİ Londonun miqrantlarla bağlı razılaşma əldə etmək cəhdlərini rədd edir.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Britaniyanın La-Manş boğazı boyunca miqrasiya ilə mübarizəyə dair saziş bağlamaq cəhdlərini rədd edib. Bu barədə “Times” qəzeti məlumat yayıb.

Məlumata görə, yayda Avropa Komissiyası prezidentinin administrasiyasının rəhbəri Byorn Zaybert ilə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə baş naziri Tim Berrou arasında görüş olub.

Böyük Britaniyanın təkliflərinin rədd edilməsinə səbəb Aİ-də miqrasiya islahatlarının aparılması olub. Avropa rəsmiləri miqrantların Aİ ölkələri arasında daha ədalətli bölüşdürülməsinə nail olmaq niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru