Aİ missiyasının Ermənistandakı qəribə davranışı - Təzyiqə dözə bilmədilər

15-08-2023, 18:47           
Aİ missiyasının Ermənistandakı qəribə davranışı - Təzyiqə dözə bilmədilər
Aİ-nin (Avropa İttifaqı) İrəvandakı missiyası heç bir patrulunun Ermənistanla sərhəddə Azərbaycan tərəfindən guya atəşə məruz qalmaması ilə bağlı əvvəllər yayılmış məlumatı şərh edib.

"Biz təsdiq edirik ki, Aİ missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma zamanı iştirak edib. Missiyanın heç bir üzvü xəsarət almayıb", - deyə yeni açıqlamada bildirilir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının bundan əvvəl yaydığı bəyanatda Aİ Nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı cəfəng ittihamlarını rədd edərək qeyd edib ki, missiya Ermənistan və Azərbaycan sərhədində patrul fəaliyyətini davam etdirir və hərbi hadisələr, o cümlədən məsuliyyət zonasında atışma insidentləri barədə Brüsselə məlumat verilir.

Belə görünür ki, Avropa İttifaqı uzun müddət ermənilərin təzyiqinə tab gətirə bilməyib və bu “irad”ı etməyə məcbur olub. Bu siyasi şou sadəcə olaraq öz fəaliyyətini gündəmdə saxlamaq cəhdidir. Lakin Azərbaycana qarşı aparılan bu böhtan kampaniyası heç bir səmərə vermir və yalnız Azərbaycan tərəfinin regionda sülhün bərqərar olması səylərinə zərbə vurur. //Trend//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.