BMT-dən Qubad İbadoğlu ilə bağlı çağırış: “Azad edin”

17-08-2023, 00:09           
BMT-dən Qubad İbadoğlu ilə bağlı çağırış: “Azad edin”
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Qubad İbadoğlunu azad etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın Tvitter səhifəsində məlumat yayılıb.

“Həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər bizi dərindən narahat edir. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq”, – məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru