Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü

17-08-2023, 00:10           
Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü
Ermənistanın Kəlbəcərə kəşfiyyat-diversiya qrupu göndərməsinin BMT Təhlükəsizlik Şurasının iclasına hesablandığı aydındır.
İrəvan 4 aydır BMT TŞ-da Azərbaycana qarşı qərarın qəbul olunmasına hazırlaşır, lakin hüquqi və siyasi səbəblərə görə bunun çətin olduğunu da anlayırlar.
Müzakirəyə çıxarılacaq Qarabağın Azərbaycan ərazisi kimi tanınması da onların işini çətinləşdirir. Bu kontekstdə Azərbaycanı “hücum edən”, “təcavüzkar” tərəf kimi göstərmək üçün onlara sərhəddə toqquşma lazımdır, istisna deyil ki, diversiya qrupunun hədəfi də hərbi toqquşmaya zəmin yaratmaq olub. Hərçənd, Aşotun oğlu Qaqik Voskanyanın tutulması BMT TŞ-də Bakının əlini gücləndirən arqumentlərdən olacaq. Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü.
Bu planın birinci hissəsidir, ikinci hissəsinin Qarabağda olacağı istisna deyil.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru