Netanyahu İsraili savaşla hədələyən HƏMƏS liderinə cavab verib

27-08-2023, 17:58           
Netanyahu İsraili savaşla hədələyən HƏMƏS liderinə cavab verib
İsrailin Baş naziri Binyamin Netanyahu HƏMƏS-in liderlərindən birinin İsraillə müharibəyə hazır olması ilə bağlı son bəyanatına münasibət bildirib və qeyd edib ki, terrorla mübarizədə bütün vasitələrdən istifadə olunacaq və bunun əvəzini terrorçular tam ödəyəcəklər.

Bu barədə hökumət başçısı Nazirlər Kabinetinin iclasında deyib.

“HƏMƏS lideri Arurinin Livandakı gizləndiyi yerdən öyündüyü sözlərini də eşitdim. O, dostlarının niyə məxfi yerlərdə gizləndiyini yaxşı bilir. HƏMƏS və İranın digər marionetləri yaxşı bilirlər ki, onların Yəhudeya və Samariyada, həmçinin Qəza sektoru və digər istənilən yerdə terror fəaliyyəti göstərmək cəhdlərinə qarşı bütün vasitələrlə mübarizə aparacağıq”, - Baş nazir qeyd edib.

Netanyahu əmin edib ki, terror hücumlarını maliyyələşdirmək və təşkil etməklə İsrailə zərər verməyə çalışan hər kəs “tam bədəlini ödəyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.