ECOWAS qiyamçılara Nigerdə neytral yerdə görüşməyi təklif edib

28-08-2023, 12:24           
ECOWAS qiyamçılara Nigerdə neytral yerdə görüşməyi təklif edib
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlər Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu üzrə Milli Şuraya neytral yerdə görüşməyi təklif ediblər.

Bunu ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. Komissarın sözlərinə görə, üsyançılardan devrilmiş Prezident Məhəmməd Bazumu azad etmələri də xahiş olunub.

“Biz Nigerdə (böhranı həll etmək üçün) hərbi variant seçməyə tələsmirik. Biz hərbçilərdən heç bir konkret addım görmədik və əbədi olaraq gözləməyəcəyik”, - deyə Abdel-Fatau Musah bildirib.
Qeyd edək ki, avqustun 18-də ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Birliyin baş qərargah rəislərinin iclasından sonra Nigerdəki vəziyyətə hərbi müdaxilənin tarixinin müəyyən edildiyini söyləyib. Hələlik bu barədə rəsmi məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.