Priqojin ölən gün bu baş verdi - Ponomaryov

28-08-2023, 12:38           
Priqojin ölən gün bu baş verdi - Ponomaryov
Rusiya müdafiə naziri Sergey Şoyqunun "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Qətl Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

“Təyyarə iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram. Ona görə də anladığımız kimi, buna Priqojin ilə şəxsi hesablaşması olan Sergey Şoyqu birbaşa göstəriş verməli idi”, - o bildirib.

O qeyd edib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü olsaydı, FTX-nin üslubunda olardı: ya zəhərlənmə, ya da "Afrikada ov qəzası" kimi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru